Sağlamlıq

Koronavirusu ən çox bu yaşda olan insanlar yayır - ARAŞDIRMA

8 Fevral 2021 22:40
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada hansı yaş qrupunun koronavirusu daha çox yaydığını öyrənmək üçün araşdırma aparılıb.

Milli.Az bildirir ki, "Imperial College London" tərəfindən aparılan tədqiqatın nəticələri "Science" jurnalında yayımlanıb.

2020-ci ilin fevralından oktyabr ayına qədər 10 milyondan çox ABŞ vətəndaşının mobil telefon məlumatları, hara getdikləri və harada olduqları araşdırılıb.

Bundan sonra həmin ərazilərdəki ölüm və yoluxma müqayisəli şəkildə təhlil edilib.

Məlum olub ki, COVID-19-a yoluxmanın demək olar ki, 3/4-nü 20-49 yaş arasındakı insanlar yayır.

Bu şəxslərin COVID-19-u yayma nisbəti 41,1 olub.

Britaniyada aparılan araşdırma ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatları ilə uyğunlaşdırılıb.

Bütün 50 ştatda aparılan araşdırmalara görə, koronavirusu 2020-ci ilin mart və avqust ayları arasında ən çox yayan yaş qrupunun 20-29 olduğu müəyyənləşib.

Yoluxanların orta yaşının isə 46-dan 38-ə düşdüyü qeyd edilib.

Bildirilir ki, orta yaş qrupu iş həyatında daha aktiv olduğu və iş fəaliyyətləri səbəbiylə daha çox insanla əlaqə qurduğu üçün virusu daha çox yayır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.