Sağlamlıq

Həm sağlam saxlayır, həm də dərini gözəlləşdirir

7 Fevral 2021 14:45
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qışda ən çox rast gəldiyimiz xurmanın orqanizm üçün bir çox faydası var.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xurma C və A vitaminləri ilə zəngindir. Vitamin C immuniteti artırır, soyuqdəyməni azaldır. Bundan başqa bu vitaminlər dərini yaxşılaşdırır, kapilyar damarları möhkəmləndirir. Vitamin A isə öz növbəsində zehni möhkəmləndirir, qocalmanın qarşısını alır.
 
Xurmanın tərkibində dəyərli minerallar var. Kalsium sümük, diş, saç və dırnaqları möhkəmlədir, kalium isə orqanizmdə duz dövranını tənzimləyir. Eyni zamanda, xurmanın tərkibində qan yaradan dəmir də var.
 
Xurma insan orqanizmində metabolik prosesləri gücləndirir. Həzmə kömək edir. Tərkibində həzmi sürətləndirən bakteriyalar var. Buna görə də həkimlər pəhriz zamanı xurmanı məsləhət görürlər.
 
Ürək-damar xəstəliklərində xurma bir nömrəli meyvədir. Aterosklerozun, varikoz-damar genişlənməsinin qarşısını alır, sümüyün möhkəmlənməsində xeyirlidir.
 
Təbii sidikqovucudur. Böyrək xəstələrinə bu meyvəni bol-bol yemək məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.