Sağlamlıq

Koronavirusdan sağalanlara idman və hovuz olmaz - XƏBƏRDARLIQ

29 Yanvar 2021 22:12
Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus xəstələrinin sağaldıqdan sonra yol verdikləri əsas səhvlərindən biri də xəstəlikdən əvvəlki kimi aktiv idman məşqi, üzgüçülüyə qayıtmasıdır.

Nəticədə bədənlərini fiziki məşqlərlə həddindən artıq yükləyirlər və bu, xəstəliyin təkrarlanmasına və ya post-koronavirusun ağır nəticələrinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, immunoloq İlya Kukin koronavirusdan sağaldıqdan sonra aktiv məşqlərə tələsməməyi tövsiyə edib.

"Bu, son dərəcə təhlükəli və qəbuledilməzdir. Virusdan sonra immunitet zəifləyir, vücud hələ bu cür yükləri qəbul edə bilmir"

Əgər bir şəxs xəstəliyin əlamətini hiss etmirsə, bu, bədənin tam sağalması anlamına gəlmir. Çünki iltihab reaksiyası zamanı prosesi mümkün qədər təcrid etməyə çalışan xüsusi maddələr meydana gəlir.

"Fərqinə varmasanız da, daha pis nəfəs alacaqsınız. Bütün bunlar virusdan sonra ağırlaşmalara yol açan amillərdir. Bədəni xəstəlikdən dərhal sonra yükləməyin. Kiçik addımlarla tədricən fiziki fəaliyyətə başlayın, lakin bundan əvvəl mütləq həkimə müraciət edin". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.