Sağlamlıq

Bu qida orqanizmi cavan saxlayır

31 Oktyabr 2023 08:15
Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balqabaq tumunda olan faydalı maddələr başqa heç bir tumda yoxdur.

Əgər siz hər gün balqabaq tumunu çırtlamağı vərdiş etsəniz, uzun ömür sürə bilərsiz.

Milli.Az xəbər verir ki, balqabaq tumları B qrup vitaminləri, Mendeleyev cədvəlinin yarısını özündə birləşdirir: kaliy, maqniy. fosfor, dəmir, sink, selen, amin turşuları ilə zəngindir.

Faydaları:

Ürək əzələsini, damarlarını yaxşılaşdırır
İnsult və infarktın qarşısını alır

İki güclü A və E vitamini sayəsində orqanizmi cavan saxlayır
Göz üçün vacib olan selenin sutkalıq dozasını verir

Maraqlı təcrübə

1982-ci ildə Fransada alimlər siçanların üzərində eksperiment aparıb.
10 dişi siçana uzun müddət sinksiz qidalar veriblər. Onlar bir müddət sonra kobud, döyüşkən, depressiv, əsəbi vəziyyətdə olublar. Bu xüsusiyyətlər onların balalarına da keçib.

Bu o deməkdir ki, sinksiz qida insanı da bu vəziyyətə salır.

Kİmlər ehtiyatlı olmalıdır?

- Qastrit, xora, yara və mədə-bağırsaq problemi olanlara

Çırtlamaq üçün ağ, nazik qabıqlı tumlaq uyğundur. Sarı, bərk tumlarla dişlərinizi məhv etməyin.

Tumları heç vaxt isti tavada odda qovurmayn. Onlar sadəcə batareya üzərinvə və ya gün altında qurudulur. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.