Sağlamlıq

Dietoloq kəskin şirniyyat istəyinin səbəblərini açıqladı

27 Noyabr 2023 23:15
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı dietoloq Yelena Solomatina kəskin şirniyyat istəyinin yaranma səbəblərini izah edib.

Milli.Az xəbər verir ki, ekspert bu fenomenin bədəndə müəyyən mikroelementlər, xüsusən də xrom, maqnezium, B vitamini çatışmazlığından baş verdiyini deyib.

"Dəniz məhsulları, qarabaşaq yarması, tərəvəzlər, ət, tam taxıl çörəyi və dənli bitkilər kimi mürəkkəb karbohidratlar kəsiri doldurmağa kömək edəcək. Soyuq fəsildə insan enerjidən məhrum olur və qızınmaq istəyir. Yağlı və şirin yeməklər ümumiyyətlə enerjini artırmağa kömək edir", - Solomatina qeyd edib.

Həkim bildirib ki, boşanma, yaxınlarını itirmək və s. kimi psixoloji problemlər şirniyyat istəyinə səbəb ola bilər. Bu da insanın sevinc gətirən hobbilərdən imtina etməsinə səbəb ola, zövq hormonundan məhrum edə bilər. Bundan əlavə, konfet yemək istəyi yuxu pozğunluğunun, zəif qidalanmanın və ya gizli infeksiyanın əlaməti ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.