Sağlamlıq

Koronavirusu gizlədən simptom açıqlandı

14 Dekabr 2020 23:30
Baxış: 2 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.

Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin "sönməsi" ilə əlaqələndirib.

Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.