Sağlamlıq

Bu xəstəliyi olanlar koronavirusdan daha tez ölür

21 Dekabr 2020 23:25
Baxış: 2 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus şübhəsi olan hər hansı bir şəxsdə şəkərli diabet, hipertoniya, 3-cü dərəcə piylənmə, obliterasiyaedici endarterit, vaskulit və digər damarların zədələnməsi, ağır qaraciyər, böyrək, ürək çatışmazlığı, bəd xassəli şişlər və immun sistemin zəifləməsi ilə müşayiət edilən xəstəliklər (məsələn orqan köçürülməsi - transplantasiya) varsa, dərhal təcili yardıma, poliklinikanın sahə həkiminə, qaynar xəttlərə məlumat verib, hospitalizasiya, stasionar müalicə xəstəxanasında yatırılmasını tələb etsin".

Milli.Az xəbər verir ki, bu sözləri redaktor.az-a həkim-radioloq Aydın Əliyev deyib. O, koronavirusa yoluxan və müəyyən xəstəlikləri olan şəxslərin ağırlaşma ehtimalının daha çox olduğunu bildirib:

"Koronavirusa yoluxan şəkərli diabet, hipertoniya, obliterasiyaedici endarterit, vaskulit və digər damarların zədələnməsi xəstəlikləri olan şəxslərdə ağırlaşma riski daha yüksəkdir. Diqqət edin, virusdan ən çox həyatını itirən xəstlər şəkərli diabet olanlardır. Çünki virusdan əvvəl də onların damarlarında problem olur, üstünə virus gəldikdə tromblaşma ehtimalı artır. Bu baxımdan, yuxarıda saydığım xəstəlikləri olan şəxslər mütləq şəkildə xəstəxanalara yerləşdirilməlidir. Evdə müalicə yolverilməzdir. Xəstəxanlarda qan analizi verib, ona uyğun şəkildə müalicə aparılmalıdır. Mütləq şəkildə isə müalicəni sırf koronavirus xəstələri ilə işləmiş, bu sahədə ixtisaslaşmış həkimlər aparmalıdır. Əks halda bu sahədə təcrübəsi olmayan həkimin müalicəsi effektsiz, hətta daha ciddi problemlərə yol aça bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.