Qızılcadan qorunmağın ən yaxşı yolu profilaktik peyvəndlərinin vaxtında edilməsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər yüz qızılca xəstəsindən ən azı birində ölüm və ya ağırlaşma halı qeydə alınır. Eyni zamanda, qızılcanın COVID-19, Ebola virusu və qripdən daha yoluxucu olduğu bildirilir.
Koronavirusun simptomlarına bənzəyən yüksək hərarət, boğaz ağrısı və titrəmə qızılcanın əsas əlamətləridir və əsasən bədəndə yaranan qızartılarla fərqlənir. Ancaq bu səpgilər dörd-beş gündən sonra üzə çıxır. Hazırda daha çox COVID-19 infeksiyasına baş qarışsa da, qızılca payız-qış aylarında daha çox aktivləşir.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Çoxları qızılcanı zərərsiz uşaq xəstəliyi hesab etsə də, əslində bir çox ağırlaşmalara səbəb ola bilər. Qızılcadan qorunmağın ən yaxşı yolu uşaqların profilaktik peyvəndlərinin vaxtında edilməsidir. Əks təqdirdə onun yoluxması, ağırlaşmaları və COVID-19-un tüğyan etdiyi indiki vaxtda onunla eyni vaxta düşərək ağır nəticələr verə bilər".
Həkim-pediatrın dediyinə görə, ən pisi isə qızılcanın yoluxucu olmasıdır. Xəstənin yaxınlığında olanların ona yoluxma ehtimalı çox yüksəkdir, hətta peyvənd olunan böyüklər də qızılca virusuna yoluxa bilərlər. Sadəcə peyvənd edilənlər bu xəstəliyi başqalarına nisbətən yüngül keçirirlər.
"Qızılcaya qarşı peyvəndin edilməsi 1 və 6 yaşda yetərli hesab edilir. Lakin kütləvi epidemiyalar baş verəndə tur-peyvəndlər aparılır və bu zaman müəyyən yaşda olanların da əvvəllər peyvənd edilməsinə baxmayaraq onlara yenidən peyvənd vurulması zəruri hesab edilir. Çünki elə hallar olur ki, əvvəllər peyvənd alanların da müəyyən dövrdən sonra xəstəliyə qarşı immuniteti zəifləyir. Xəstəliyi keçirənlərin isə yenidən yoluxma riski çox az olur, çünki onların orqanizmində bu infeksiyaya ömürlük immunitet formalaşmış olur",- deyə həkim-pediatr əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





