Sağlamlıq

Ürək və damarları zəhərləyən məhsul açıqlandı

8 Yanvar 2024 05:32
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qidalardakı trans yağlar ürək-damar xəstəliklərinin inkişafını artıra və diabetə səbəb ola bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti məlumat yayıb.

Türkiyəli mütəxəssislər bildirib ki, trans yağlar infarkt və ya infarkt keçirmə riskini artırır. Bunun qarşısını almaq üçün dietoloqlar və həkimlər idman etməyi, rasiona faydalı qidalar daxil etməyi məsləhət görürlər.

Bədən üçün ən əlverişli Aralıq dənizi pəhrizidir. Həkimlərin sözlərinə görə, tərəvəzlər, meyvələr, dənli bitkilər və paxlalılar, zeytun yağı və minimum ət sağlamlığın qorunmasına kömək edəcək.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) trans yağların 2023-cü ilə qədər məhsulların tərkibindən tamamilə çıxarılmasına nail olmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.