Sağlamlıq

Qəhvənin bağırsaq xərçəngi riskini azaltdığı ortaya çıxdı - ARAŞDIRMA

30 Sentyabr 2020 23:15
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Araşdırmalara görə, gündəlik qəhvə içmək bağırsaq xərçəngi riskini azaldır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ötən həftə "JAMA Oncology" jurnalında mövzu ilə bağlı araşdırma yayımlandı. Bu araşdırmada irəliləmiş bağırsaq xərçəngi səbəbi ilə kimyaterapi və digər müalicələr planlaşdırılan xəstələrdə, müalicənin başlanğıcında qəhvə içilməsi qeyd edildi.

Gündə 2 və ya 3 stəkan qəhvə içmə vərdişi olanlarda, heç olmayanlara, heç içməyənlərə görə yaşamasının 18 faizdən daha çox olduğu bildirildi.

Gündə 4 stəkan və ya daha çox qəhvə içənlər isə heç içməyənlərlə müqayisədə 36 faiz daha çox yaşayır.

Daha əvvəllər də bağırsaq və südvəzi xərçəngi yaranma riskinin qəhvə içməklə azaldığına dair məlumatlar var idi.

Amma digər tərəfdən artıq miqdarda qəhvə içmək ağciyər xərçəngi riskini artırması ilə bağlı keçən il böyük bir araşdırma da aparılıb. Bununla belə, qovrulma və növündən asılı olaraq, bəzi risklərin artmasına səbəb olması fikri bunu istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.