Botoksda istifadə edilən Botulinum təhlükəlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik əhvalımızı üz mimikaları daha yaxşı bildirir. Gülmək, əsəbiləşmək, üzgün görünmək üçün üzdəki mimik əzələlərin rolu böyükdür.
İllər ötdükcə bu mimik əzələlər qırışlar meydana gətirir. Belə qırışlar isə insanlarda, xüsusən xanımlarda narahatlığa səbəb olur. Beləliklə "gözəllik qurban tələb edir" prinsipinə əsaslanaraq müxtəlif prosedurlara əl atılır.
Belə prosedurlar isə hər zaman xoş nəticələr yaratmır.
Alın və göz kənarındakı qırışlar insanı daha yaşlı göstərdiyi üçün xüsusən bu qırışlardan şikayətlənənlər çoxdur. Qırışların yaranma səbəbləri isə insanın üz dərisi, əzələlərin quruluşu, yaş və.s amillərdən asılıdır. Çarə isə əksər insan üçün eynidir: Botoks.
Milli.Az bildirir ki, həkim-kosmetoloq Lalə Mehdi "Sherg.az"a açıqlamasına görə, bu gün botoksdan istifadə edən insanlar kifayət qədərdir. Botoks tək qırışların deyil, eləcə də həddindən artıq tərləmənin qarşısını almaq üçün istifadə olunur:
"Mimik qırışlardan qurtulmaq xanımlar üçün ən böyük arzudur. Lakin hər insan botoksa ürək etmir. Təbii massajla da qırışlardan qurtulmaq mümkündür. Amma bu, uzunmüddətli prosedurdur. Ona görə botoks hazırda ən çox tələb olunan bir üsuldur. Botoks göz ətrafındakı qaz ayağı qırışlarında, alındakı düz xətlərdə, boyundakı cizgilərdə, gülən zaman ağız ətrafında yaranan qırışlarda istifadə olunur".
Kosmetoloq tibbdə "botulizm" adlı xəstəliyin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu xəstəlik üz əzələlərinin iflicidir:
"Bədənə yayılan infeksiya zamanla nəfəs yollarını iflic edir və nəticədə xəstə ölümə qədər gedib çıxır. Özəl şirkətlər botulizmə səbəb olan toksinləri Botoks markası altında satırlar. Kosmetologiyada da məhz bu məhlullardan istifadə edilir. "Botulinum" maddəsi həmin maddədir ki, sinirlərə təsir edir və onların hissiyyatını itirir.
Sinir hissiyyatının azaldılması, yaxud tamamilə yox edilməsi də sinir vasitəsi ilə hərəkət edən sahələrin iflicinə gətirib çıxarır. Botoks mimiki əzələlərə tətbiq olunduqda əzələlərin hərəkəti zəifləyir. Zəifləyən əzələlər artıq dərinin qatlanmasına şərait yaratmır və qırışlar da zamanla azalır. Bu məddə az dozada dəriyə yeridilir və kiçik iflic olan sahədə hamarlaşmalar müşahidə olunur".
L.Mehdi vurğulayıb ki, botoks xüsusi iynələrlə tətbiq olunur və bu sahədə bacarığı, biliyi olmayan naşı insanların fəaliyyəti xoşagəlməz hallara səbəb olur:
"Məhlul üzdə xüsusi hissələrə düzgün yeridilməlidir. Botoks bu sahədə təcrübəsi olmayan insan tərəfindən tətbiq olunduqda həm nəticəsi olmaya bilər, həm də qısa müddətli göz qapaqlarının sallanması müşahidə olunar".
Kosmetoloq botoksun nə vaxtsa fəsad verəcəyi ehtimalının olduğunu da söyləyib:
"Üzə yeridilən bütün maddələr, silikonlar nə vaxtsa fəsad vermə ehtimalına malikdir. Botulinum ən zəhərli və öldürücü maddələrdən biridir. Botulinumun 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir. Zəhərin 1 kilosu isə dünyadakı insanların hamısını öldürəcək qədər güclüdür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)





