Sağlamlıq

Pəhrizdə bu xətaları etməyin

13 Sentyabr 2020 21:45
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pəhriz edərkən bəzi xətalar var ki, bunlar verdiyimiz kiloları artığı ilə geri almağımızla yanaşı sağlamlığımıza da mənfi təsir edir.

Milli.Az medicina.az-a istinadən həmin yanlışları təqdim edir:

Hər gün çəkilmək

Pəhrizə başlayarkən hər gün çəkilmək ən çox yayılan xətalardan biridir. Kilo bədəndəki suyun və yeməyin həzmindən təsirlənir. Qadınlarda hormonal dəyişimlər isə suyun yığılmasına səbəb ola bilər. Eyni zamanda, pəhrizlə birlikdə ağır idmanla məşğul olmaq su yığılması və əzələ ilə nəticələnə bilər. Buna görə də tərəzidə eyni çəkini görmək motivasiya itirilməsinə və pəhrizi atmağınıza səbəb ola bilər. Həftədə 1 və ya 10 gündə 1 dəfə acqarnına yüngül geyimlərlə ölçülə bilərsiniz.

Tək tip bəslənməyə yönəlmək

Tez çəki vermək istəyi sizi tək tip bəslənməyə yönləndirə bilər. Bu zaman xüsusi ilə tərəvəz, meyvə və ya sadəcə proteinlə zəngin olan qidalar yeyilir. Həkimlər qeyd edirlər ki, bu tip qidalar sağlam çəkivermənin ən böyük əngəlidir. Məsələn, sadəcə protein tərkibli qidalanmaq böyrəklərin yükünü artıraraq, ona zərər verir. Meyvə, tərəvəzlə qidalanmaq isə bədənə lazımi proteinin almamaq və bədəni işlətməməmk deməkdir. Sağlam və düzgün çəki vermək qidaların müxtəlifliyindən asılıdır.

Bitki çaylarını nəzarətsiz içmək

Arıqlamaq istədiyimiz zaman bitki çaylarından da istifadə edirik. Arıqlama çayı adı ilə satılan qarışıq bitki çaylarının tərkibinin nə olduğuna mütləq baxmalı və əsla nəzarətsiz qəbul edilməməlidir. Çünki arıqlama və ödəmatıcı çaylar ürək ritminin pozulmasına, yüksək təzyiq və bağırsaqda bir çox mənfi hallara gətirib çıxara bilər. Ona görə də bitki çaylarından həkim nəzarəti altında içmək lazımdır.

Uzun müddət sulu bəslənmək

Son zamanlar detokslar geniş yayılıb. Xüsusi ilə də meyvəni maye halına gətirdiyimizdə fərqində olmadan daha çox meyvə yemiş oluruq. Bu isə artıq kalori deməkdir. Meyvənin özünü yemək bağırsağın daha yaxşı işləməsinə, ürək, diabet kimi xroniki xəstəliklərdən qorunmaqda önəmlidir.

Real olmayan hədəflər qoymaq

Bir həftədə 4-5 kilo çəki atmağı düşünmək, hər həftə eyni çəkiyi verməyi gözləmək kimi gerçək olmayan hədəflər xəyal qırıqlığına səbəb olur. Belə ki, orta yaşı 46 olan 1785 artıq çəkili insanların qatıldığı bir araşdırmada başlanğıcda yüksək hədəflər qoyan iştirakçıların diet proqramlarına davametmə səviyyəsinin aşağı olduğu qeyd edilib.

Çəkivermə sürəti başlanğıc çəkidən, cinsiyyətdən və ümumi sağlamlıqdan asılıdır. Həkimlər sağlam bir insan üçün çəkivermə sürətinin həftəlik 0.5-1 kq arasında olduğunu bildirirlər: "Qısa müddətdə yüksək çəki itirməsini hədəfləmək yerinə davam edə biləcəyiniz və sağlam bəslənmə planınızı həyat tərzi halına gətirin. Bununla da tez-tez çəki alıb və ya vermə halına girməzsiniz.

"Ağ ya da qara olmaq"

Pəhrizdə mükəmməlliyyətçi olmayın. Ya ağ ya da qara olmaq diet müddətində özünüzü sıxmanıza və daha da ziyanlı qidalanmağınıza səbəb ola bilər.
Pəhrizdən kənara çıxdıqda "Onsuzda dieti tam etmədim, artıq bu gün getdi" deyə düşünməyiniz və bunu tez-tez etməyiniz pəhrizə başlamağınızda və davam etməyinizdə çətinliklərə yola açar. Proqrama uyğun getmədiyinizdə niyə uymadığınızı anlamağa çalışın və bunu dietoloqunuzla bölüşün.

Suyun önəmini anlamamaq

Su bədənin böyük hissəsini yaradan, oksigendən sonrakı ən önəmli şeydir. Bədəndə hər bir orqanın və sistemin suya ehtiyacı var. Çay, qəhvə və bitki çayı kimi içkilər suyun yerini vermir. Su içmədiyiniz zaman həzm sistemi və bağırsaqlar yavaşlayır, qəbzlik yaranır. Bu da çəki verməkdə çətinlik, hətta artmasına da səbəb ola bilər. Kilonuzu 30 və ya 35-ə vurduğunuzda alınan rəqəm içməli olduğunuz günlük su miqdarıdır. Məsələn, 60 kilosunuzsa bu 60x30, yəni ən azı 1.8 litr su içməli olduğunuzu deyir.

"Xeyrlidir" deyərək çox yemək

Məhsulların paketində şəkərsiz, qlütensiz, laktosuz və aşağı kalorili kimi bir çox yazılar var. Bunların bizim üçün xeyrli olduğunu düşünürük. Amma buna aldanmaq olmaz. Məsələn, şəkərsiz olaraq satılan bir məhsulun meyvə tərkibi sizin ehtiyacınıza görə artıq ola bilər.

Porslarınızın hər zaman qızıl qayda olduğunu unutmayın. Heç bir qida kalorisiz deyildir. Və tərkibinin yaxşı olması həddindən artıq yeməli olduğunuz mənasına gəlmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.