Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə maska taxmağı tövsiyə edib. Qurumun təlimatında maskaların keyfiyyəti də yer alıb. Təşkilat virusdan qorunmaq üçün üçqat maskalardan istifadəni tövsiyə edib. Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu da bildirilib.
Milli.Az maskaların istifadə qaydasını və üçqat maskaların koronavirusla mübarizədə effektliliyini araşdırıb.
Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova bildirib ki, koronavirus kəskin respirator virus infeksiyasıdır. Onun sözərinə görə, digər bu tip virus infeksiyalarında, o cümlədən qripdə də dörtqatlı maska tövsiyə olunur:
"Adi qrip zamanı maska taxmayan insanlar qapalı müəssisədə 150 nəfəri yoluxdura bilir. Maska taxanda isə 50 nəfərin yoluxma ehtimalı var. Yeni növ koronavirus əleyhinə də insanlar mütləq şəkildə maska istifadə etməlidirlər. Bu infeksiyanın başlanğıcında 50 faiz insan maskanın əleyhinə, digər 50 faiz isə maskanın xeyirinə danışsa da, yekun olaraq qərara gəlindi ki, maskalar bütövlükdə bu infeksiyadan qoruyur. Maskanın növləri də müxtəlifdir və fərqli təyinatlı, konstruksiyalı maskalar var. Ən etibarlısı, ən yaxşısı və daha çox qoruyanı adi tibbi maska, o cümlədən əməliyyat maskalarıdır. Buna cərrahi maska da deyirlər. Bu tip maskalar mütləq taxılmalıdır. Əvvəllər deyirdilər ki, bunu yalnız xəstələr taxmalıdır. Təbii ki, xəstələrlə işləyən həkimlər xəstəxanada N95 və s. maska növlərindən istifadə etməlidirlər. Ancaq indiki mərhələdə sağlam insanların da maska taxması şərtdir. Çünki bu xəstəliyin simptomatik, simptomsuz və ya yüngül formaları var. Həmin xəstələr özlərini praktiki sağlam hesab edirlər. Belə olan halda isə onlar digər sağlam insanları da yoluxdura bilirlər. Bu baxımdan sağlam insanların hər biri maskalardan istifadə etməlidir. Tibbi maskalar virus dövründə filtr rolunu oynayır".
Maskaların istifadəsinə gəlincə, mütəxəssis qeyd edib ki, bu tip maskalardan müəyyən fasilələrlə istifadə etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, insanların əksəriyyəti maskanı görüntü üçün taxır və ya düzgün taxa bilmir: "Maskanın metal hissəsi yuxarıdan buruna sıx yapışmalıdır və alt çənəni də əhatə etməlidir. İnsanlar isə sadəcə ağız boşluğunu tuturlar. Yadlarından çıxır ki, bu infeksiya əsasən hava-damcı vasitəsilə yoluxur. Giriş qapısı ən çox burunun selikli qişasıdır. Sonra isə ağız-udlaqdır. Əvvəllər ÜST-ün məlumatlarını çox təqdir etmirdilər. Ancaq indi əməl edirlər. Sərt qaydalardan biri də elə maskalardan hamının istifadəsini təmin etməkdir. Üz maskalarını uzunmüdətli taxmaq olmaz. Bu tip respirator maskalar müəyyən kateqoriyalara bölünür. Onları 2-4 saat müddətində taxmaq olar. Bu müddətdən artıq taxmaq məqsədəuyğun deyil. Biz karbon qazını yenidən uda bilərik. Bu da çox insanlarda müəyyən problemlərə yol açır. Türkiyə təcrübəsində də gördük ki, bütün günü həmin maskalarda olmaq ürəkgetmələrə və digər xoşagəlməz hallara səbəb olur. Açıq havada maska taxmağa isə ehtiyac yoxdur. Artıq havalar da istidir. Bütün günü bu tip maskalardan istifadə etmək çətinliklər yaradır. Qapalı yerlərdə, ictimai nəqliyyatda və iş yerlərində mütləq tibbi maskadan istifadə etmək lazımdır".
Baş infeksionist Cəlal İsayev isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya nəzarət üçün maskaların istifadəsinə dair yeni təlimatı effektiv olacaq. O qeyd edib ki, üçqatlı maskaların orta qatının gigiyenik və qoruyucu effektinin olması virusu tutub saxlayır, tənəffüs yolu ilə bədənə keçməsinin qarşısını alır:
"Dünyada bu virusdan ölənlərin və yoluxanların sayı gündən-günə artır. Bu hər kəsi narahat edir. Ümumdünya Səhiyyə Təşkilatı da yoluxmaları minimuma endirmək üçün təlimatları yeniləyib. Məsaməli maskalar bu tip viruslara qarşı heç də effektiv deyil. Çünki koronavirus hava-damcı infeksiyası olduğu üçün bundan qorunmaq məqsədilə toxunmamış parçadan hazırlanan maskalar daha çox məqsədəuyğundur. Üçqat maskalardan istifadə olunduğu halda virus damcıları tənəffüs yolu ilə insana keçmək üçün məsamə tapa bilməyəcək. Tövsiyə edirik ki, insanlar virusdan qorunmaq üçün daha keyfiyyətli maskalardan istifadə etsinlər. Plastik materialdan hazırlanan və üzü tam şəkildə əhatə edən maskaların da qoruyucu təsiri yüksəkdir. Çünki bu maskalar virus damcılarının üzə dəyməsinin qarşısını alır". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





