Sağlamlıq

Dietoloq xama və mayonezin təhlükəsindən danışdı

26 Oktyabr 2020 22:30
Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloq Natalya Denisova mayonez və xama arasında seçim edə bilməyənlərə məsləhət verib.

Milli.Az xəbər verir ki, o, hər məhsulun faydalı və zərərli xüsusiyyətlərini açıqlayıb.

"Xama fermentləşdirilmiş süd məhsuludur. Bütün süd məhsulları tərkibində həzm prosesinə kömək edən probiotiklər olduğu üçün faydalıdır. Xama çox miqdarda protein və vitamin ehtiva etdiyinə görə eyni zamanda tərkibində zərərli doymuş yağlar var".

Mayonez isə həkimin sözlərinə görə, mübahisəli məhsuldur. Tərkibində faydalı olan bitki yağı, yumurta sarısı, xardal, sirkə və duz olmasına baxmayaraq, yüksək kalorilidir. Həkimin qənaətincə, turş xama və mayonez idealdır. Bundan əlavə, onlar bitki yağı, limon suyu və az yağlı qatıqla qarışdırıla bilər.

"Mayonezli salat yeyərkən çoxlu kalori qəbul edirik, eyni zamanda E vitamini, doymamış yağ turşuları və müxtəlif faydalı vitaminlər alırıq. Bu məhsulları nadir hallarda istifadə etsəniz, o zaman sağlamlığınıza zərər verməyəcək", - dietoloq əlavə edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.