Sağlamlıq

Bu qidalar sizi allergiyadan qoruyacaq - SİYAHI

19 İyul 2020 22:30
Baxış: 1 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çoxları üçün yay yalnız isti ilə deyil, həm də allergiyaya səbəb ola biləcək çiçəkli bitkilərlə yadda qalır. Allergiyalardan qalıcı şəkildə qurtulmaq demək olar ki, mümkün deyil, ancaq simptomları aradan qaldırmağa kömək edən qidalar var.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu məhsullardan bəzilərinin adlandırını açıqlayıblar.

Tünd şokolad

Allergiya simptomlarını aradan qaldırmaq üçün adi şokolad "plitka"sından istifadə edə bilərsiniz. Bundan əlavə şokaladın tərkibindəki kakaonun miqdarı 70 ilə 90% arasında olması çox vacibdir. Onun tərkibi immunitet sisteminə müsbət təsir göstərən maqneziumla zəngindir. Nəfəs almağı  asanlaşdırır və alergiya zamanı yaranan göz yaşarmasının azalmasına kömək edir.

İtburnu

İtburnu giləmeyvəsi qədim dövrlərdən bəri müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu giləmeyvənin tərkibində çox miqdarda C vitamini var. O alerqiya zamanı yaranan boğaz qıcıqlanması, nəfəs darlığı, göz yaşarması və qızartısını azaldır.

Kətan toxumu

Bu qidada doymuş omeqa-3 yağ turşusu yüksəkdir. İngiltərədən olan mütəxəssislərin apardıqları araşdırmaya görə, bu qida iltihab əleyhinə təsir göstərir və bununla da allergik bir insanın vəziyyətini yüngülləşdirir.  Hətta kətan yağı və toxumları, allergiya səbəbiylə yaranan astma xəstəliyinin müalicəsində əvəzolunmaz gücə sahibdir.

Yağlı balıq növləri

Doymuş omeqa-3 yağ turşusunun başqa bir mənbəyi yağlı balıqlardır. Bunlardan ən çox yayılmışları somon, skumbriya, qızıl balıq, omul və başqalarıdır.

Zəncəfil

Digər yağ turşuları kimi, zəncəfil də  iltihab əleyhinə təsiredici gücə malikdir. Maraqlıdır ki, bu kök bitkisi qurudulmuş və ya yaş şəklində olmasına baxmayaraq, təsiredici xüsusiyyətini heç vaxt itirmir. O orqanizmdə olan virusları anında məhv etmə gücünə malikdir. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.