Sağlamlıq

Alman alimləri laboratoriyada aparılan son araşdırmanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ

15 İyul 2020 07:14
Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zamanla, bəzi hallarda koronavirus infeksiyasına qarşı yaranmış antikorların sayı əhəmiyyətli dərəcədə azalır ki, bu da yenidən yoluxma ehtimalını artırır.

Milli.Az xəbər verir ki, bu qənaət alman tədqiqatçılar tərəfindən yanvar ayının sonlarında Münhen Şvabinq klinikasında müalicə olunan ilk xəstələrin qan analizləri nəticəsində əldə edilib. Yoluxucu xəstəliklər klinikasının baş həkimi tərəfindən verilən açıqlamada bildirilib ki, laboratoriyada aparılan test nəticələrinə görə, doqquz xəstədən dördündə zərərsizləşdirici antikor sayı azalıb. Mütəxəssislərin sözlərinə görə, bunun uzunmüddətli immunitetə nə dərəcədə təsir etdiyi hələ məlum deyil, lakin tədqiqatın nəticələri və müşahidələr göstərir ki, COVID-19 olan xəstələr yenidən yoluxa bilər.

Xatırladaq ki, Çin alimləri koronavirusun asimptomatik daşıyıcılarında ağır simptomlara yoluxanlara nisbətən daha az antikor olduğunu söyləmişdi. Üstəlik, bu antikorların "xidmət müddəti" daha qısadır. Tədqiqatçıların fikrincə, asimptomatik daşıyıcılarda koronavirusa qarşı antikor iki həftədən sonra yox olur.

Alimlər həmçinin koronavirus xəstələrinə immunitet problemləri ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislər qanda limfosit sayının azalmasının COVID-19 olan xəstələrdə tipik simptom olduğunu qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.