Sağlamlıq

İnsanlar koronavirusa daha çox harada tutulurlar

13 İyul 2020 07:41
Baxış: 2 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virusoloq və immunolqlar insanların koronavirusa yoluxma riski daha yüksək olan  yerləri müəyyənləşdiriblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlər insanların  koronavirusa yoluxma risqi daha yüksək olan yerlərin reytinq siyahısını hazırlayıb. Alimlərin insanlaırn koronavirusa  yolxuma üçün ən təhlükəli yerləri ventilyasiyası pis həyata keçirilən qapalı əraziləri hesab edirlər. Mütəxəssislər hesab edir ki, qapalı məkanın olması problem deyil, əsas məsələ həmin məkanın necə ventilyasiya olunmasıdır.  Əgər orada netilyasiya pis işləyirsə, hava zəif sirkulyasiya etdiyindən insanların virusa yoluxma təhlükəsi daha yüksək olur. Yəni ventilyasiyası pis olan qapalı məkanda virus daha çox qalma ehtimalı olduğundan insanlar infeksiyaya daha çox tutulurlar.

Virusa yoluxmaya görə  reytində ikinci yeri isə insanların daha çox vaxt keçirdikləri  qapalı məkanlar hesab olunur. Hansı ki, bu məkanlarda insanlar bir-biri ilə uzun müddət daha sıx təmasda olurlar. Bura ictimai nəqliyyat, maqazinlər, ticarət mərkəzləri, apteklər, evlər, yas mərasimlərində  və digər qapalı məkanlar  nəzərdə tutulur.

Üçüncü yoluxma risqi yüksək olan yerlər restoran, bar və gecə klublarıdır. Mütəxəssislər eyni zamanda insanları məscid, kilsə, dini inanc yerləri olan qapalı məkanları,  fitnes-klubları, teatrları, konsert  salonlaırnı hesab edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.