Sağlamlıq

Koronavirus bu orqanı da ZƏDƏLƏYİR

1 İyul 2020 22:25
Baxış: 2 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransalı mütəxəssislərin iddiasına görə, koronavirus xəstələrində ağciyərlərdən sonra ən çox zədələnən daxili orqan böyrəklərdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, ağciyərlər nəzərə alınmazsa, COVID-19 infeksiyası 80 faiz hallarda böyrəkləri zədələyir.

Xəstələrin sidiyində zülalların, fosfatların və qlükozanın izafi həcmi məhz böyrəklərin zədələnməsinin əlamətidir. Alimlər qeyd edirlər ki, virus ilk növbədə böyrək kanalcıqları sistemini sıradan çıxarır.

Bütün bunların nəticələri çox ciddi ola bilər: belə ki, fosfatların bədəndən xaric olunması sümükləri kövrəkləşdirir, qanın turşuluğu artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.