Sağlamlıq

Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib

26 İyun 2020 15:57
Baxış: 1 631
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hepatit C xəstəliyinə qarşı istifadə olunan daklatasvir və sofosbuvir koronavirusun müalicəsində də kömək edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, bir qrup braziliyalı alimin keçirdiyi müşahidə nəticəsində müəyyən edilib.

Qeyd olunub ki, bu preparatlar üç müxtəlif hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində infeksiyanın yayılmasının qarşısını alıb.

Alimlər həmçinin bildirib ki, yoluxmuş hüceyrələrdə iltihab proseslərinə səbəb olan maddələrin yaranması ləngiyir.

Alimlərin fikrincə, ilkin mərhələdə virusa qarşı bu preparatlarn qəbulu ağır yoluxma hallarının sayını azalda bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.