Sağlamlıq

Koronavurusun "sevimli hava şəraiti" açıqlandı

29 May 2020 21:50
Baxış: 1 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər koronavirusun hansı hava şəraiti və temperaturda daha çox aktiv yayıldığını aşkarlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Çin alimləri 3 milyondan çox xəstənin məlumatları əsasında koronavirusun sevimli havasını tapa bilib.

Onlar xəstələrin hansı ayın hansı günündə və həmin ərəfədə necə hava şəraitinin olması ilə bağlı analizlər ediblər.

Məlum olub ki, infeksiyaya ən çox yoluxma 5- 20 dərəcə aralığında temperatur zamanı baş verib.

Alimlər yanvar ayından may ayına kimi 185 ölkədə koronavirusa yoluxmuş xəstələrin də məlumatlarını araşdırıb.

60% yoluxanlar elə yerlərdə olublar ki, orda hava temperaturu 3 dərəcədən yuxarı, 20 dərəcədən aşağı olub.

Yeni Covıd həm də 3-10 dərəcə rütubətdə daha çox aktiv yayılır.

Ona görə də payıza doğru koronavirusun yeni ikinci dalğası baş verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.