Sağlamlıq

Alimlərdən XƏBƏRDARLIQ - Uşaqlar üçün risklidir

27 May 2020 21:40
Baxış: 1 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki yaşına qədər uşaqlar üçün qoruyucu maskalar təhlükəli ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Yaponiya Pediatriya Birliyinin nümayəndələri xəbərdarlıq edib.

Həkimlər və elm adamları uşaqlar üçün maskaların geniş şəkildə ləğv edilməsinin tərəfdarıdır.

"Körpələrdə tənəffüs yolları dar olduğu üçün maskalar nəfəs almağı çətinləşdirə bilər. Bu, boğulmaya ciddi bir təhlükədir. Maskalar həm də istilik vurma riskini artırır. Üstəlik, azyaşlı uşaqlar üçün maskaların effektivliyi sübut olunmayıb. Küçədə və ictimai yerlərdə uşaqlara yoluxma halları çox azdır. Əsasən, uşaqlar valideynləri və virusu evə gətirən digər ailə üzvlərindən koronavirusa yoluxurlar" , - açıqlamada qeyd olunub.

Yaponlara ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) və Amerika Pediatriya Akademiyası dəstək verib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.