Sağlamlıq

Bunları edərək çəki almadan SAĞLAM OLA BİLƏRSİNİZ

3 Avqust 2020 07:55
Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox insan karantin səbəbi ilə evə qapanmasına görə artıq çəki problemi yaşamağa başlayıb. Arıqlamağın ən effektiv üsulu maddələr mübadiləsini sürətləndirərək piyləri əritməkdir.

Milli.Az xəbər verir ki, əvvəlcə badam, fındıq, qoz kimi quru meyvələrin toxluq hissi verərək arıqlamağa kömək etdiyini unutmamalıyıq. Edilən araşdırmalara görə qazlı içkilər sıfır kalori də olsa düz qarına sahib olmağa əngəldir. Dietik içkilərdən imtina edərək maddələr mübadiləsini sürətləndirə bilərsiniz. Bir çoxlarının imtina edə bilmədiyi şokalad doğru qəbul edilsə faydalı ola bilər. Araşdırmalar 42 qram şokaladın tərkibindəki kakaonun stressi azaltdaraq maddələr mübadiləsini sürətləndirdiyini sübut edib. Yulaf və taxıl bitkiləri kimi orqanizmi yoran qidalardan uzaq dayanmalısınız. Evdə və yaxud idman zalında hər gün məşq edərək 2-3 saatı hərəkətli keçirməlisiniz. Kalsium qəbul edərək maddələr mübadiləsini daha da sürətli hala gətirə bilərsiniz. Xüsusilə yağlı süd içərək bel hissəsindəki piyləri asanlıqla əridə bilərsiniz. Araşdırmalar kofeinli qəhvə içənlərin, kofeinsiz qəhvə içənlərə nisbətdə maddələr mübadiləsinin daha sürətli olduğunu göstərib. Yaşıl çayla da həmin effekti əldə etmək mümkündür. Gün ərzində çox şəkərli qidalar qəbul etmək, gec yatıb, gec oyanmaq da maddələr mübadiləsini pozur. Sağlam orqanizm üçün yuxu rejiminə xüsusi fikir verməlisiniz. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.