Sağlamlıq

ÜST COVID 19-dan qorunmağın ƏN EFFEKTİV yolunu açıqladı

13 Aprel 2020 23:10
0 Şərh     Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç "Rossiya-1" telekanalındakı "Bazar gecəsi" verilişində tibbi maskaların 2 saatdan çox istifadəsinin ​​insanlar üçün təhlükəli olduğunu deyib.

Milli.Az xəbər verir ki, o, virusa yoluxma riskinin bütün digər müalicə vasitələrinə məhəl qoyulmadığı zaman xüsusilə yüksək olduğunu qeyd edib və bu halda sadəcə maskanın effektiv olmayacağını bildirib: "Yalnız maska taxıb sosial məsafəyə əməl etməsəniz, əllərinizi dezinfeksiya etməsəniz və qalan hər şeyə laqeyd qalsanız, bu halda xəstələnmək riski artır. Maska yaş olmamalıdır. İki saat istifadə etdikdən sonra atıla bilər. Əks təqdirdə, infeksiya mənbəyi olacaqsınız".

ÜST nümayəndəsi hər kəsin qoruyucu vasitələrə əməl etməsinə diqqət çəkib, ancaq əlavə edib ki, ilk növbədə həkimləri təmin etmək vacibdir: "Maska xəstə ilə eyni otaqda olduqda və ya izdihamla olarkən istifadə edilməlidir, ancaq infeksiyadan ilk xilas yolu sosial məsafədir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.