Sağlamlıq

Süd verən analara koronavirusla bağlı müraciət

27 Mart 2020 23:05
0 Şərh     Baxış: 2 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan ana uşağını öz südü ilə bəsləməyə qərar verərsə, əl gigiyenasından sonra N95 markalı maskanı taxaraq, bunu həyata keçirə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə Koronavirusla bağlı Elmi Şura COVID-19-a yoluxma diaqnozu qoyulan və yeni doğuş həyata keçirən analara müraciətində bildirib.

"Əgər ana südünü sağaraq vermək istəyərsə, əl gigiyenasından sonra sinəsini təmizləməlidir. Bundan sonra cərrahi maska taxaraq, pompadan istifadə edə bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumatlarda virusun əmizdirmə yolu ilə uşaqlara keçmədiyi bildirilmişdi. Ancaq əmizdirmə vaxtı diqqətli olmaq lazımdır. Virus damcı və təmas yolu ilə yoluxa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.