Sağlamlıq

Tanınmış həkim koronavirusun yayılmasının qarşısını alan amilləri açıqladı

23 Mart 2020 20:45
1 Şərh     Baxış: 6 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış həkim, ukraynalı pediatr, 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı - Yevgeni Komarovski italyan və rus təqaüdçüləri müqayisə edərək bildirib ki, koronavirusun Rusiyada İtaliyadakı kimi geniş yayılması gözlənilmir.

Milli.Az xəbər verir ki, MDB-nin ən məşhur pediatrı kimi tanınan həkim özünün Yutub kanalında yayımladığı son videosunda koronavirus barədə danışıb.

O bildirib ki, COVID-19 yaşlılar üçün təhlükəlidir və İtaliyada yaşlı sakinlər daha çoxdur. Ümumiyyətlə, uzunömürlülüyə görə, İtaliya Yaponiyadan sonra ikinci yerdədir. Bu amil çox sayda ölümün mümkün izahlarından biridir.

İtalyanlar arasında koronavirus infeksiyasının sürətlə yayılmasına səbəb olan ikinci amil kimi Komarovski ölkədə ünsiyyət və salamlaşma ənənələrini nəzərdən keçirir. Heç kimə sirr deyil ki, İtaliyada nəinki əllə salamlaşmaq, həm də sağollaşanda öpüşmək adətdir.

Bundan əlavə, italiyalılar, xüsusən yaşlı insanlar çox aktiv həyat tərzi keçirirlər: restoran, kafe, park və müxtəlif tədbirlərdə toplaşırlar.

Rusiyada yaşlı insanlarla vəziyyət köklü şəkildə əksinədir. Təqaüdçülərin çoxu evdə vaxt keçirməyə üstünlük verir. Bundan əlavə, Komarovskinin qeyd etdiyi kimi, ruslar tanımadığı insanlarla kifayət qədər ehtiyatlı və soyuq davranır. "Bu, yeri gəlmişkən, mövcud vəziyyətdə yaxşı xidmət göstərə bilər", - Y.Komarovski bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.