Sağlamlıq

İranlı deputat koronavirusdan necə sağaldı? - MƏSLƏHƏTLƏR

11 Mart 2020 23:27
9 Şərh     Baxış: 5 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran parlamentinin üzvü, ixtisasca həkim olan Zöhrə İlahian Koronavirusdan sağalıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, o, artıq müalicə olunduğu xəstəxanadan evə buraxılıb. İranın rəsmi televiziya kanalına görüntülü açıqlama verərkən bu barədə danışan xanım İlahian virusdan qorunmaq üçün məsləhətlər də verib.

O bildirib ki, məcbur qalmadıqca səyahət etmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Üzə əllə toxunmaq olmaz. Lazımi tədbirlər görülərsə, virusdan qorxmaq lazım deyil.

Qeyd edək ki, Z.İlahianın "Covid19"-la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığı haqqında onun müşaviri Mustafa Feyli məlumat vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.