Sağlamlıq

Qoz suyunun BİLMƏDİYİMİZ FAYDALARI

11 May 2020 22:20
1 Şərh     Baxış: 2 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qoz bir çox faydası olan, dietoloqların ən çox yeməyi məsləhət gördüyü qidadır.

Milli.Az xəbər verir ki, qozun tərkibi mineral və vitaminlərlə zəngindir. Dietoloqlar hər gün bir ovuc qoz yeməyin ürək-damar sisteminə və beyinə faydalı olacağını deyirlər. Lakin qoz suyu da bir çox xəstəliklərə şəfa sayılır. Qozu suda saxlayarkən qabığının və meyvənin tərkibində olan minerallar suya keçərək bədənə daha tez sovrulur. Səhər ac olarkən qoz suyu içmək qarın şişkinliyini yatıraraq qəbzliyin qarşısını alır. Qoz suyu halsızlığa, əsəb gərginliyinə, qaraciyərin sağlamlığına da çox yaxşı təsir göstərir. Şəkərli diabet xəstələri üçün təbii dərman vasitəsi hesab olunur. Qoz suyu saç tökülməsinin qarşısını alaraq, saç diblərini möhkəmləndirir. Qoz suyu arıqlamaq istəyənlərə ayrıca məsləhət görülür. Çünki tərkibində yağ və kalori yandırmağa kömək edən protein var. Qoz suyu o qədər zərərsizdir ki, hətta hamilə qadınlara, süd verən analara da məsləhət görülür. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.