Sağlamlıq

Yüksək tərkibli duz pəhrizi şiş hüceyrələrini dayandırır - ALİMLƏR

10 Fevral 2020 23:48
0 Şərh     Baxış: 2 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlumdur ki, həkimlər insanları yüksək miqdarda duz qəbulundan çəkindirir, çünki duzlu qidalar təzyiq xəstəliyi, böyrək, öd, iltihab, skleroz xəstəliyini inkişaf etdirir.

Lakin eyni zamanda alimlər yeni elmi tədqiqatları ilə məhz duz ilə şiş hüceyrələrinin inkişafını almağım mümkünlüyünü bildirir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə məşhur tibbi dərgi Frontiers in Immunology-də yazılıb.

Eksperiment 2 qrup siçanlar üzərində aparılıb. Onlarda yeni yaranmış bədxassəli şişlər var idi.

Bir qrup siçana yüksək miqdar duz tərkibli qidalar veriblər, digər qrupa isə adi qaydada yemək yedirilib.

11 gün sonra duzlu pəhrizdə olan siçanlarda xərçəng hüceyrələrinin böyüməsinin azalması və ya dayanması müşahidə olunub. Xüsusən ağciyər şişləri olan siçanlarda yaxşı nəticə əldə edilib.

Digər adi qaydada qidalandırılan qrupda isə şişlər inkişaf edib.

Alimlər müəyyən edib ki, orqanizmdə duz miqdarı artıqlığı immune sistemin myeloid suppressor hüceyrələrinə inqibəedici təsir edir.

Bu da şişlərin böyüməsini saxlama prosesini işə salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.