Sağlamlıq

Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

27 Yanvar 2020 00:45
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lazer texnologiyalarının tibb və sənaye istehsalı sahələrində tətbiqi gözün zədələnmə riskini meydana çıxarır. Voronej Dövlət Universitetinin Optika və Spektroskopiya şöbəsinin assistenti Andrey Zvyagin tərəfindən impulslu lazer şüalanmasından istifadə zamanı görmə qabiliyyətini qorumaq üçün yeni təsirli mexanizm yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mexanizm sayəsində göz üçün zərərli impulslu lazer şüalanmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, münasib qiymətə malik optik örtüklər istehsal etmək mümkün olacaq.

Təklif olunan yanaşmanın yeniliyi qeyri-üzvi və üzvi strukturların birləşməsi hesabına unikal hibrid xüsusiyyətlərinə malik orijinal materialların işlənilməsindən ibarətdir. Optik şüalanma qəbuledicilərinə ziyan vurma riskini azaltmaq məqsədilə tərkibinə koloidal kvant nöqtələrinin hibrid birləşmələri və üzvi boyaların molekulları daxil olan nazik təbəqənin yaradılması təklif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.