Sağlamlıq

Tez-tez sümük bulyonu içməyə 10 səbəb - Ailənin sağlamlıq sirri

26 Yanvar 2020 21:00
2 Şərh     Baxış: 2 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə edim ki, həm daxilən, həm zahirən sağlam olum deyirsizsə, ailəlikcə adi sümük qaynadılmış bulyon içməyə adət edin. Həftədə ən azı 2-3 dəfə içərisinə əlavə heç nə qatılmayan bulyon için.

Milli.Az medicina.az-a istinadən bulyonun bilmədiyiniz faydalarını təqdim edir:

- Kollagenlə zəngin olduğundan birləşdirici toxuma, bağlar və dərinin vəziyyətini yaxşılaşdırır, dərinin tonusunu artırır. Sellülitə qarşıdır

- Qaraciyərin işini yüngülləşdirir, çünki bulyondakı qlisin qaraciyəri toksinlərdən təmizləyir
- Bağırsağın selikli qişasını qoruyur, hiperkeçiriciliyini azaldır, bağırsaqdan qaynaqlanan allergiya və toksinləşməyə qarşıdır.

- Sümük və oynaqlardakı, orqanlardakı iltihabi prosesi götürür. Bulyonda olan aminturşuları bütün orqanizmdə iltihab ocaqlarını tapıb təmir edir.

- Əzələ və oynaqlarda ağrını azaldır. Yeni toxuma hüceyrələri yaranmasına dəstək olur. Jelatin və qlisin oynaq və qığırdaqları bərpa edir

- Virus və bakteriyalarla mübarizə aparan maddələr var. Mineral və amin turşuları tez sağalmanı sürətləndirir, immuniteti möhkəmləndirir

- Minerallar, kalsiumun mənimsənilməsini artırır. Tabletlərdənsə bulyondakı vitamin və minerallar yaxşı qana, bədənə sovrulur

- Həzmi yaxşılaşdırır, qəbizliyə qarşıdır, zülal və yağları parçalayır

- Sümükləri, dişləri möhkəmləndirir. Uşaq və yeniyetmələr üçün, eləcə də menopauza öncəsi vacibdir

- Əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır. Stres və gərginliyi azaldır, hiperaktiv uşaq və gənclərə lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.