Sağlamlıq

Yaşıl çay insan ömrünü uzadır

12 Yanvar 2020 19:15
1 Şərh     Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Tibb Elmləri Akademiyasının alimləri yaşıl çayın insan sağlamlığına müsbət təsir etdiyini bildiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çinli alimlər 100 min insan arasında monitorinq apararaq, yaşıl çay istifadəçilərinin böyü əksəriyyətinin infarkt, xərçəng və iflic riskindən uzaq olduqlarını müəyyənləşdiriblər. Alimlərin 7 illik müşahidələri nəticəsində məlum olub ki, yaşıl çaydan mütəmadi istifadə edən şəxslər digərlərindən daha sağlam və uzunömürlüdürlər.

Çin alimi Donqfenq Gu bildirib ki, yaşıl çayın kişilərə müsbət təsiri qadınlarla müqayisədə daha çoxdur. O qeyd edib ki, yaşıl çay ürək-damar sistemində yarana biləcək problemlərin qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.