Sağlamlıq

Vaxtından əvvəl doğulan körpələrdə hansı qüsurlar olur? - Alimlər açıqladı

10 Yanvar 2020 23:45
5 Şərh     Baxış: 2 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlərin araşdırmasına görə, vaxtından 4-6 həftə əvvəl doğulmuş körpələrin beyinləri, idrak funksiyalarına və quruluşuna görə fərqlənirlər.

Yəni, beyinləri digər uşaqların beynindən fərqli olur.

Milli.Az sherg.az-a istinadən bildirir ki, 33 həftəlik doğulmuş körpələrin 37-44 həftəsində doğulan uşaqlarla müqayisədə idrak və davranış problemləri ortaya çıxıb.

"Ayova" Universitetinin tədqiqatçıları, 34-36 həftəlik doğulan və 7-14 yaş arasında olan 32 uşağı maqnit rezonans görüntüləmə və yaddaş testindən keçiriblər. İlkin nəticələrin təhlili həm beyin funksiyasında, həm də beynin quruluşundakı fərqləri göstərir.

Tədqiqatçıların fikrincə, vaxtından əvvəl doğulan uşaqların hiperaktivlik, diqqətsizlik, daim narazılıq, hər hansı bir məsələni gec anlama və aqressiya problemləri olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.