Bakıda dayıoğlu böyrəyini 47 yaşlı bibisi oğluna bağışlayıb.
Milli.Az bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən qafqazinfo-ya verilən məlumata görə, 47 yaşlı kişi üzərində böyrəkköçürmə əməliyyatı xəstənin dayısı oğlunun donorluğu sayəsində mümkün olub.
Əməliyyatı Rəşad Şolan aparıb. Cərrah-uroloqun verdiyi məlumata görə, qohumdan böyrək köçürülməsinin öz üstünlükləri var: genetik bağlılıq səbəbindən böyrək yeni orqanizmə daha yaxşı uyğunlaşır.
Əməliyyatdan sonra resipiyent özünü daha yaxşı hiss edir, köçürülmüş böyrək tam normal fəaliyyət göstərir. Donor əməliyyatdan sonrakı günlərdə ayağa qalxaraq yeriməyə başlayıb.
Milli.Az