Sağlamlıq

Hər evdə olan məhsullardan güclü SAĞLAMLIQ İKSİRİ

25 Dekabr 2019 22:10
0 Şərh     Baxış: 3 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu güclü sağlamlıq iksiri hər evdə olan adi məhsullardan hazırlamaq olar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu təbii vasitə immun sistemini gücləndirir, damarları təmizləyir, təzyiqi tənzimləyir, orqanizmdə iltihabları azaldır, orqanizmin tonusunu qaldırır, gümrahlıq verir.

Bu resept tanınmış rusiyalı fitoterapevt, akademik Karp Treskunovun kitabından götürülüb.

Bizə lazım olacaq:

5 limon
1 baş sarımsaq (orta ölçüdə, yerli olmalıdır)
2 x.q. təbii bal
1 ç.q. sarıkök
1 ç.q. zəncəfil (üyüdülmüş)
1 ç.q. darçın
Hazırlanması:

Limonu doğrayın, çəyirdəkləri çıxardın. Sarımsağı təmizləyin. Limonu sarımsaqla birlikdə blenderdən keçirin. Kütləyə sarıkök, zəncəfil, darçın və bal əlavə edin, yaxşı qarışdırın.

Bu iksiri gündə 1 dəfə yeməkdən 30 dəqiqə sonra 1 x.q. olmaqla qəbul edin. Müalicə kursu 14 gün.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.