Sağlamlıq

Onkoloqlar dərmanların keyfiyyətindən şikayət etdi - Uşaqlarda ciddi əks təsirlər yaradır

3 Yanvar 2020 07:22
1 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın məşhur Bloxin adlı onkoloji xəstəxanasının uşaq onkologiyası üzrə həkimlər səhiyyə nazirinə uşaq onkoloji xəstələri üçün olan ceneriklərin toksiki olması və effektsizliyindən şikayətləniblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xəstə uşaqların terapiyasında çox istifavə olunan vinkristin, ifosfamid, doksorubisin, çiklofosfamid, melfalanom, etopozidom, topotekanın aşağı, zəif aktivliyi, ciddi əks təsirləri olması aşkarlanıb.

Zərərli təsirlərdən ürəyin sol mədəciyinin fraksiyasının pozulması, neyrotiksiki effekt, bağırsaq keçməməzliyinin yaranması göstərilib.

Bu dərmanların yaratdığı əks reaksiyaların ciddiyiliyi həkimləri kimya kursları arasında intervalı uzatmağa və bu yan təsirləri aradan qaldıran əlavə müalicə təyin etməyə vadar edir. Bu da uşaqlarda xərçəngin müalicəsinin effektivliyini sual altına alır və uşaqlar arasında ölüm dərəcəsini artırır.

Həkimlər hesab edir ki, bu dərman formalarını istehsal edən Rusiya farmakoloji kompaniyalar ya lazımi dərmanlanları lazımi dozada hazırlamır, ya da dərmanların özlərinin tərkibi kliniki tədqiqatlardan ciddi keçməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.