Sağlamlıq

Bu qidalar damarları tıxayır - DİQQƏT

1 Mart 2020 23:05
0 Şərh     Baxış: 2 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündəlik həyatda sağlam qida olaraq qəbul etdiyimiz bir sıra məhsulların da müxtəlif fəsadları var.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, ürəyində problemi olan şəxslər, xüsusilə, qidalanmalarına diqqət etməlidir. Əks təqdirdə, damarlar tıxanır və qanın orqanlara çatdırılmasında ciddi problemlər yaranır.

Ət - doymuş yağ və xolesterol səviyyəsi yüksən olan bu məhsulu həftədə iki dəfədən artıq qəbul etmək məsləhətli deyil.

Yumurta - yumurta sarısında damarları tıxayan lipoprotein mövcuddur.

Toyuq dərisi - bu qida isə damarların divarlarında yağlanma yaradır.

Trans yağ - hər gün qəbul etdiyimiz qidaların çoxunda trans yağ və ya hidrogenləşmiş əsas yağlar var. Bu cür yağlar daha çox emal edilən qidalarda, marqarində, sobada bişirilən və ya dondurulan qidalarda olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.