Sağlamlıq

Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ

1 Mart 2020 07:11
2 Şərh     Baxış: 1 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər çayın zərərlərini açıqlayıblar.

Milli.Az xəbər verir ki, onların bildirdiyinə görə, şokoladla çay içmək böyrək daşlarının yaranmasına səbəb olur.

Unutmaq lazım deyil ki, çay sakitləşdirici  içkidir.  Hər şeydən əvvəl, o mədə turşuluğunun artırır. Mədə və onikibarmaq bağırsaq xorasından əziyyət çəkən insanlar bu içkini ehtiyatla qəbul etməlidirlər.  

Tərkibindəki yüksək kofein olan çay baş ağrısı və sinir sisteminin pozulmasına da səbəb ola bilər. Yüksək təzyiqdən və aterosklerozdan əziyyət çəkən insanlar ümumiyyətlə bu içkidən imtina etməlidirlər.

Bundan başqa, çayın tərkibində oksalat turşu duzlarının olduğuna görə, böyrək daşlarının yaranmasına  səbəb olur. Xüsusilə, bu baxımdan yaşıl çay daha təhlükəlidir.

Xatırladaq ki, oksalik turşu duzları kakao, şokolad, turşəng, şüyüd, əncir, sitrus meyvələri, çuğundur, cəfəri və ispanaq kimi qidalarda var.

Qara çay yuxusuzluqdan əziyyət çəkən insanlar üçün də çox zərərlidir. Onun yarpaqlarında olan tanin beyin fəaliyyətini artırır və qan dövranını aktivləşdirir. Bu da yuxusuzluğa səbəb olur.

Zəncəfil və limonlu çay, soyuqdəymə üçün faydalı olsa da mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər. Mütəxəssislər mədə və bağırsaq problemi olanlar üçün çaya süd əlavə etməyi də məsləhət görmürlər. Çünki süd çayın tərkibində olan antioksidantları neytrallaşdırdığı üçün  mədə narahatlığına səbəb ola bilər.

İlk baxışdan xeyirli görünən  bitki çayları da  ürək-damar, bronxit, astma xəstəliyi olan insanlar üçün təhlükəlidir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.