Sistit - ən çox qadın xəstəliyidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadınların təqribən 40-50%-i həyatlarında heç olmasa bir dəfə kəskin sistit keçirib, 20-30%-i isə sidik yolları infeksiyalarının ilk epizodundan sonra 3-4 ay ərzində residivlə qarşılaşır. Onların 10-20%-i bütün həyatları boyu residivləşən sistitdən əziyyət çəkir. "Residivləşən sistit" diaqnozu dedikdə 6 ay ərzində sistitin 2 dəfə kəskinləşməsi və ya il ərzində 3 dəfə kəskinləşmə halı başa düşülür ki, bu da təkcə xəstələrin həyat keyfiyyətinə deyil, həm də bütövlükdə cəmiyyətə böyük sosial-iqtisadi təsir göstərir.
Sistit, xüsusilə də xroniki sistit - çox "narahat" xəstəlikdir. Tualetə tez-tez getmək həm vaxt aparır, həm də əmək qabiliyyətini aşağı salır. Zaman keçdikcə isə əsəb pozğunluğuna səbəb olur - qadın nə vaxt yenidən tualetə gedəcəyindən başqa bir şey düşünə bilmir. Uzaq səfərlərə, teatra, restoranlara, klublara, qonaqlıqlara gedişini həyatından çıxarır.
Qadınlarda sistitin yaranma səbəbləri. Sistitin "zərif cinsin" nümayəndələrində daha geniş yayılmasına səbəb, qadınlarda sidik kanalının qısa olmasıdır. Şəxsi gigiyena qaydalarına riayət etmədikdə, immunitet zəiflədikdə və xarici cinsiyyət orqanlarının quruluşundakı bir sıra anadangəlmə qüsurlarla əlaqədar sistitlə xəstələnmə ehtimalı bir neçə dəfə artır. Xroniki sistitin inkişafında və saxlanılmasında postmenapauza dövründəki atrofik prosslər də böyük rol oynayır. Sistiti adətən şərti-patogen mikroorqanizmlər - bağırsaq çöpləri və bağırsağın digər daimi "sakinləri" törədir. Sistit sidikçıxarıcı kanala ləvazimatların yeridilməsi ilə gedən istənilən tibbi manipulyasiyalardan - yaxmanın götürülməsi, kateterizasiya, sistoskopiyadan sonra da inkişaf edə bilər.
Sistitin əsas simptomları. Sistit xəstəliyinə düçar olmuş xəstələr, sidiyə getmə zamanı ağrı, qarnın aşağı hissəsində olan və sonradan budun daxili səthinə yayılan ağrılar hiss edir. Sidiyə getmə halları tezləşir, bəzən sutkada 50 dəfədən çox olur. Bəzən, sidikdə qan da ola bilər.
Sistitin müalicə üsulları. Sistitin müalicəsi - kompleks şəkilində aparılır. Uroseptiklərin qəbulu ilə yanaşı, immuniteti və orqanizmin mikroflorasını bərpa etmək lazımdır. Təbii uroseptiklərin yan təsirlərinin olmaması, həmçinin hamilə qadınlarda və uşaqlarda istifadəsinin mümkünlüyü onlara həkim-uroloqlar tərəfindən populyarlıq qazandırmışdır. Xalq təbabətindən hamıya məlum olan və müxtəlif dərman vasitələrinin tərkibinə daxil olan mərcanı giləmeyvəsi, çox güclü təbii uroseptikdir. Onun iltihabəleyhinə, mikrobəleyhinə və sidikqovucu təsirləri vardır. Bunun sayəsində mikroblar nəinki məhv edilir, həm də sidik kisəsindən yuyulub xaric olunurlar. Mərcanı sidiyin turşuluğunu artırır, digər mikrobəlehinə preparatların təsir effktini gücləndirir.
Sistitin qarşısını necə almaq olar? Hər şeydən öncə nəinki qışda, həmçinin ilin başqa fəsillərində də orqanizmin həddən artıq soyumasına yol vermək olmaz. Kiçik çanaqda qan durğunluğuna səbəb olacaq dar geyimlər geyinilməməlidir. Şəxsi gigiyena qaydalarına riayət etmək, sidik kisəsini mütəmadi başaltmaq və həddən artıq dolmağa qoymamaq lazımdır. Özünümüalicə, rəfiqələrin məsləhəti ilə müalicə - yolverilməzdir! Düzgün və ya tam müalicə olunmamış sistit, xroniki formaya, pielonefritə çevrilə bilər ki, sonuncunu da bütün həyatı boyu müalicə etmək lazımdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)





