Sağlamlıq

Menopauza zamanı idman etməyin faydaları - Xanımların DİQQƏTİNƏ

8 Noyabr 2019 23:31
0 Şərh     Baxış: 675

Qadın Sağlamlığı Təşəbbüsü (WHI) menopauza dövründə olan qadınları araşdırıb. Nəticəyə görə, bu dövrdəki qadınlar arasında müntəzəm olaraq xəfif məşq edənlərin sümüklərində sınıq riski, etməyənlərə nisbətən daha az olduğu məlum olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırma ABŞ-ın 40 tibb mərkəzində qeydiyyatdan keçmiş 50-79 yaş arasındakı 77 mindən çox qadınlarda aparılıb. Onların 14 illik sağlamlıq məlumatları təhlil edilib. Bu işdə qadınların idman hərəkətləri, nə qədər hərəkətli olduqları və sümük qırıqları arasındakı əlaqə araşdırılıb.

Tədqiqat, gəzintiyə çıxan və ev işləri görərkən müntəzəm hərəkətdə olan qadınların daha az sümük sınığı ilə qarşılaşdıqlarını bildirilib.Əksinə gündə 9-10 saat saat oturan və ya uzanan menopauza dövründəki qadınlarda isə sümük sınığı digərlərindən 10 dəfə daha çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.