Sağlamlıq

Stresdən necə qurtulmaq olar - Psixoloqlardan açıqlama

6 Yanvar 2020 07:22
2 Şərh     Baxış: 1 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Miçiqan universitetinin alimləri həyəcanlı fikirdən qurtulmağın və stresi azaltmağın üsullarından danışıblar.

Milli.Az xəbər verir ki, 1980-ci illərdə Texas universitetinin psixologiya üzrə professor Ceyms Pennebeyker gündəlik tutmağın stresi azaltmaq və imunitet sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün faydalı olduğunu demişdi. Alim qeyd edir ki, əgər bizi narahat edən hissləri kağız üzərində yazsaq, koqnitiv resurslardan azad ola bilərik.

Miçiqan universitetinin alimlərinin təcrübəsi isə professorun dediklərini təsdiq edir.  Sınaq üçün tələbələr dəvət edilib. Məlum olub ki, onları narahat edən fikirləri kağıza yazan və bu zaman testləri edən tələbələrdə daha yaxşı nəticələr üzə çıxıb. Bu səbəbdən alimlər qeyd edirlər ki, gün ərzində 5 dəqiqə məktub və ya gündəlik yazmağa vaxt ayırmaq stresi azaldır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.