Toz mənşəli bronxitin ƏLAMƏTLƏRİ - Azərbaycanda kimlər bu xəstəliyə tutulur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tozdan qaynaqlanan və tozun aktivə etdiyi bronxit xüsusi peşə sahibləri, eləcə də müəyyən şəraitdə yaşayan, işləyən insanlarda rast gəlinən tənəffüs orqanları xəstəliyidir.
Sənaye, texniki və ev tozlarının təsirindən bronxlarda xroniki diffuz iltihab başlayır, bronx ağacında zamanla atrofik dəyişikliklərə səbəb olur.
Xəstəlik periodik olaraq kəskinkəşir, halsızlıq, güclü öskürmə, təngnəfəslik verir. Xəstəliyin təhlükəsi ondadır ki, tədricən proqressivləşir, gizli gedə bilər, başqa xəstəliklərə səhv salınır.
Əgər vaxtında diaqnoz və müalicə olunmasa, tənəffüs çatışmazlığı, ürək astması, ikincili bakterial infeksiya yarana bilər.
Milli.Az medicina.az-a istinadən xəstəliyin kimlərdə daha çox rast gəlindiyini bildirir:
Metaltökmə və metal sənayesi işçiləri
Ağacyonma, taxta, mebel sexləri
Mərmər, daş yonma, karxanalar
Kənd təsərrüfarı fermaları
Gözəllik salonlarında çalışanlar
Çox tütün çəkənlər
Beləliklə, toz bronxiti əhalinin elə əmək qabiliyyətli, işçi kütləsini əhatə edir. Kişilər qadınlara nisbətən daha çox yer tutur. Eləcə də staj artdıqca, risk və patologiya artır.
İnsan həmin riskli yerdə işlədikdən azı 5-7 il sonra bronxların iltihabı öz əlamətlərini göstərməyə başlayır.
Xəstəliyi kəskinləşdirən və artıran bərk və bir qədər iri toz zərrəcikləri olur. Təkcə toz yox, işçinin işləyərkən metal və digrə vasitələrdən ayrılan toksiki maddələr də nəfəs yolları ilə ağciyərlərə keçir.
Digər tərəfdən iş yerində problem olmayan, amma sistematik siqaret çəkənlərdə də tütün tüstüsü bronxial divara qıcıqlandırıcı təsir edib, iltihab yaradır. Əgər bir kişi tozlu sahədə işləyib, üstəlik tütün çəkirsə, onda bronxit sürətlə inkişaf edəcək.
Ağırlığından asılı olaraq toz bronxitin 3 mərhələsi olur:
-Birinci mərhələdə uzun müddətli remissiya olur, ildə 2 dəfə öskürək tutmaları, iltihab olur. Səthi tənəffüs normaldır, insan heç bir problem hiss etmir
-İkinci mərhələdə uzunmüddətli ağırlaşmalar olur, 3-5 həftə öskürək davam edir, xışıltı, təngnəfəslik hiss olunur, qanda oksigenasiya düşür.
-- 3-cü mərhələdə müxtəlif ağırlaşmalar, məsələn, bronxoektaz başlayır. Qanın oksigenlə təminatı düşür, xarici tənəffüs funksiyasının göstəriciləri pozulur.
Toz bronxitinə tutulduğunuzu göstərən əlamətlər:
- Quru və ya yaş öskürək
- Ağır fiziki iş görəndə, qaçanda təngnəfəslik
- Selik, qatı bəlğəm
- Boğazda qıcıqlanma
- Döş qəfəsində ağrı, ağırlıq
- Dərindən nəfəs almada çətinlik
- Ürək-damar sistemində problemlər
- Tez yorulmaq, zəiflk
- Gecələr tərləmə
- Allergiya varsa, allergik boğulmalar
Diaqnoz üçün
Terapevt və ya pulmonoloqa gedib, rentgen, spirometr müayinəsi, qan analizi olunur. Eləcə də ürək EKQ -si çəkilir.
Müalicədə birinci şərt bronxları tozla dolduran və tətikedici faktoru aradan qaldırmaqdır, yəni xəstə həmin iş yerinə getməməlidir.
Eləcə də inhalyasiya, bronxolitiklər, mukolitiklər, antibiotik və fizioterapiya kursları təyin edilir.
Bu kimi işlərdə işləyənlər mütləq xüsusi maska respirator taxmalı, ildə bir dəfə bronxlarını yoxladıb, inhalyasiya və dərman müalicəsi ilə onların təmizliyini təmin etməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyənq adın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir





