Ağrısız xora xəstəliyi daha təhlükəlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xora xəstəliyi mədə-bağırsaq xəstəliklərinin ən çox yayılmış növüdür. Xora müxtəlif ekzokrin və endokrin faktorların selikli qişaya təsiri nəticəsində mədə və onikibarmaq bağırsaqda toxuma defektinin yaranmasıdır. Mədə xoralarına qadınlarda, onikibarmaq bağırsaq xoralarına daha çox kişilərdə rast gəlinir. Mədədə formalaşan xoralar qastrit xora, onikibarmaq bağırsaqda formalaşan yaralar duedonal xora və ya bulbar adlanır. Kişilərdə cavan yaşlarda, qadınlarda isə 50 yaşdan sonra çox müşahidə olunur. Lakin apardığımız müşahidələr təəssüf ki, müasir dövrdə xəstəliyin sürətlə cavanlaşdığını göstərir. Səbəb yeniyetmə və gənclərin fastfudlara, naməlum mənşəli qazlı və energetik içkilərə aludə olması ilə əlaqələndirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə terapevt Billurə Həsənova məlumat verib.
Həkim bildirib ki, xora xəstəliyinə kənd əhalisinə nisbətən şəhərdə yaşayanlarda daha çox təsadüf edilir. Bu, şəhərdə ekoloji tarazlığın pozulması, ətraf mühitin antropoqəza faktorlarla həddən artıq çirklənməsi, sosial və istehsalat şəraitində qidalanma xüsusiyyəti ilə əlaqələndirilir: "Xora xəstəliyi polietioloji xəstəlikdir. Belə ki, xəstəliyin yaranma səbəbləri arasında irsi genetik meyillilik, neyropsixi amillər, infeksiya, alimentar amillər, zərərli vərdişlər, dərman preparatlarını nümunə göstərə bilərik.
Xəstəlik özünü mədə ağrısı və qıcqırması, ürəkbulanma, qusma, iştahasızlıq, çəki itkisi, epiqastral ağırlıq, ağırlıq və köp, tez-tez acıma, həzmsizlik, hipersalivasiya, yəni ağız suyunun çox ifrazı şəklində büruzə verir. Ağrı kəsici, deşici, bəzən sancışəkilli, az hallarda küt və zəif xarakterdə olur. Ağrılar fəsli xarakter daşıyır. Yaz və payız fəslində xəstəlik əlamətləri intensivləşə bilir. Bəzən xəstələrdə ağrısı olmayan "lal" xoralar əmələ gəlir. Bu, xora xəstəliyinin daha təhlükəli formasıdır, çünki xora xəstəliyinin ağırlaşmaları olan qanama, perforasiya, penetrasiya və maliqnizasiya, yəni xərçəngə çevrilməsi məhz "lal" gedişli xoralara xasdır. Xəstə heç bir şikayət olmadan "qəhvə xıltı" tərkibli kütlə qusarsa və ya "qətran rəngli" nəcis müşahidə edərsə, mütləq xəstəxanaya müraciət etməlidir. Qıcqırma çox əzablı olur, hətta bəzən xəstəni ağrıdan çox narahat edir. Xəstələr döş sümüyünün aşağı 1/3 sahəsində göynəmə, yanğı hiss edirlər. Qıcqırma çox vaxt xoranın əmələ gələcəyinə işarə edir. Bu səbəbdən erkən diaqnostika üçün həkimə zamanında müraciət etmək tövsiyə olunur. Bəzən qıcqırma o həddə çatır ki, xəstələr çay sodası qəbul etməyə məcbur qalırlar. Lakin qıcqırma yalnız xora xəstəliyi üçün spesifik deyil, o, öd daşı xəstəliyi, xroniki pankreatit, qastroduodenit vaxtı da təzahür edir".
Mütəxəssis bildirib ki, xəstəliyin diaqnozu ətraflı toplanan anamnestik məlumat və endoskopik müayinə əsasında qoyulur: "Müalicə zamanı medikamentoz terapiya ilə yanaşı, dietoterapiya və tövsiyələr xüsusi əhəmiyyət kəsb edir. Müalicə ərzində stressdən uzaq olun, istirahət edin, rejimlə, az porsiyalarla qidalanın, ağız boşluğunun sağlamlığına fikir verin, yedikdən sonra yatağa uzanmayın, gigiyena şərtlərinə əməl edin. Pəhriz olaraq mədə turşuluğunu artıran qidalar - ədviyyatlı, ekstraktiv qidalar, konservlər, spirtli içkilər, tomat, mayonez, tünd çay, qəhvə və s. rasiondan tamamilə çıxarılmalıdır. Qaynar və soyuq qidalardan istifadə etməyin.
Medikamentoz müalicə zamanı müasir yanaşmada "helicobactery pilory" ilə assosiasiya olunmuş xora xəstəliyində bakteriyanın antibiotiklərlə erradikasiyası mütləq sayılır. Xəstəliyin kəskin dövrü keçəndən sonra da müəyyən müddət pəhriz saxlamaq lazımdır və xəstəyə sanatoriya-kurort müalicəsi tövsiyə oluna bilər".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





