Gilasın orqanizmə 10 faydası - Ağ və qırmızının fərqi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gilas A, E, C, PP, B vitaminləri, yod, fosfor, kalium, maqniy, kalsiula zəngin olub, qışdan zəif çıxan orqanizmi lazımi minerallarla təmin edir.
Uşaqlar, hamilə qadınlar, yaşlılar üçün də çox vacib meyvədir.
Milli.Az bildirir ki, medicina.az gilasın hansı xəstəliklərdə nə kimi faydası olduğunu araşdırıb.
1. Qalxanvari vəz, zob xəstəlikləri - yodla zəngindir
2. Böyrək və sidik yolları iltihabi xəstəliklərində - iltihabı, spazmı, infeksiyanı aradan götürür
3. Mədə-bağırsaq problemləri - ağ gilas həzmi yaxşılaşdırır, çəki azaldır, arıqladır. Disbakterioz, ishalda yeyilməlidir
4. Öskürək, ağciyər xəstəliklərində - isti kompotu, məhlulu öskürəyi yumşaldır, bronxları açır
5. Yüksək təzyiqdə - tünd gilasda olan fenol birləşmələri kapilyarları möhkəmləndirir, bu da təzyiq və ürək xəstəliklərinin yaranmasını əngəlləyir
6. Tromb və qan qatılaşmasına qarşı - tərkibindəki kumarin qanın keyfiyyətini yaxşılaşdırır
7. Xərçəng şiş hüceyrələrindən qoruyur - gilas yüksək səviyyədə antioksidant təsirlidir. Hər gün 100 qr qırmızı "öküz ürəyi" gilası yesəniz kifayət edər.
8. Gözlərin dərmanıdır - ağ gilasda olan beta karotin gözləri sağlamlaşdırır.
9. Ürəyin desertidir - Amerika kardioloqları bildirir ki, müntəzəm olaraq hər gün bir ovuc qırmızı gilas yedikdə, ürəyin işini yüngülləşdirib, onun dözümlüyüyünü artırarsız.
10. Yuxusuzluğa qarşı - gilas təbii melatonin-yuxu və gümrahlıq hormonu mənbəyidir. Axşama yaxın 100 qr gilas yesəniz yuxunuz şirin və yaxşı olacaq.
Ağ yoxsa qırmızı?
Rənginə görə dadı və tərkibində şəkər və orqanik turşuların miqdarına görə seçilir.
Tünd qırmızı gilasda çox miqdarda antosianov piqmenti, P vitamini, antioksidant təsirli maddələr var. Bir sözlə, gilas nə qədər tünddürsə, bir o qədər faydalıdır. Fransada tünd gilasdan şərab daha qiymətli, faydalı hesab olunur.
Ağ gilasın özəlliyi odur ki, o nadir halda allergiya yaradır. Gilas nə qədər turşaşirin olsa, o qədər yaxşıdır. Lap şirin gilas orqanizm üçün elə də faydalı olmaz.
Kimlərə olmaz?
Köpü, qəbizliyi olanlar az yeməlidir, çünki gilas qaz yaradır.
Diabet xəstələri də çox az qəbul etməlidir. Gilasın turş növlərini seçsinlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi





