Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban bayramında süfrələrin əsas bəzəyi olan qoyun ətinin normadan artıq və ya yanlış şəkildə istehlak edilməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə bayram günlərində qoyun əti yeyənlərin bir sıra mühüm qaydalara mütləq diqqət yetirməli olduğunu bildirirlər.
İlk növbədə, kəsilən qurban ətinin dərhal deyil, ən azı 12-24 saat soyuducuda dincəldildikdən sonra bişirilməsi həzm sistemini qorumaq üçün vacibdir, çünki təzə kəsilmiş ətdəki ölüm sərtliyi (rigor mortis) mədə ağrıları, şişkinlik və həzmsizlik yaradır.
Ətin bişirilmə üsuluna gəldikdə isə onun quyruq yağı və ya kərə yağı əlavə edilmədən, öz suyunda, qaynadılaraq və ya sobada bişirilməsi, manqalda ediləcəksə, ətlə kömür arasında ən azı 15 sm məsafənin saxlanılması xərçəng yaradan maddələrin qarşısını almaq üçün mütləqdir. Həmçinin, ət yeməklərinin yanında bol yaşıl salat istehlak etmək həm C vitamini vasitəsilə ətdəki dəmirin bədən tərəfindən sorulmasını artırır, həm də lif sayəsində həzmi asanlaşdırır.
Qoyun ətinin insan orqanizminə həm böyük faydaları, həm də bəzi zərərləri mövcuddur. Faydalarına gəldikdə, qoyun əti yüksək keyfiyyətli heyvani zülal, dəmir, sink və B qrupu vitaminləri (xüsusilə B12) ilə zəngindir ki, bu da qan azlığının (anemiya) qarşısını alır, immun sistemini gücləndirir və əzələ kütləsini qoruyur.
Lakin tərkibindəki yüksək doymuş yağ və xolesterin miqdarı bu ətin əsas zərərli tərəfidir. Həddindən artıq qoyun əti yemək qanda xolesterini qaldırır, damar tıxanıqlığına, infarkt və insult riskinə zəmin hazırlayır. Xüsusilə hipertoniya (yüksək qan təzyiqi), ürək-damar xəstəlikləri, şəkərli diabet və podaqradan əziyyət çəkənlər bayram günlərində qoyun ətindən olduqca məhdud miqdarda istifadə etməli, sağlamlıqlarını təhlükəyə atmamalıdırlar. /Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bu 4 əlaməti görməzdən gəlməyin
XƏBƏR LENTİ
-
Vaqif Şıxəliyev komadadır
-
Vətən müharibəsi iştirakçısına polkovnik rütbəsi verildi
-
Qurban Qurbanovdan Elvin haqda açıqlama
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu





