Qadınlar üçün möcüzəvi 5 vacib hərəkət - GİNEKOLOQ KEQELİN METODİKASI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keqel hərəkətləri kiçik çanaq əzələlərinin, sidik kisəsinin, düz və nazik bağırsağın əzələlərinin tonusda qalması üçün tətbiq edilən hərəkətlərdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ilk dəfə bu metodikanı ХХ əsrdə ginekoloq Arnold Keqel işləyib hazırlayıb. Bundan sonra kiçiq çanaq əzələləri Keqel əzələləri adlandırılmağa başlayıb.
Kiçik çanağın əzələləri gündəlik həyatda əsasən də doğuşdan sonra demək olar ki, hərəkət etmir. Buna görə də yaş artdıqca bu əzələlər tonusdan düşərək öz funksiyalarının öhdəsindən gələ bilmirlər. Nəticədə də sidik və nəcisi saxlaya bilməmə, həmçinin də seksual həyatda bir sıra problemlər yaranır. Bunlardan uzaq olmaq üçün isə mütəmadi olaraq Keqel hərəkətləri etmək lazımdır.
Hərəkətlərə hazırlıq
Keqel hərəkətlərinə başlayarkən sidik kisəsi boş olmalıdır. Bu hərəkətləri oturaraq, uzanaraq və ayaq üstə etmək olar. Yaxşı effekt əldə etmək üçün gündə 3-4 dəfə, hər dəfə də 5-40 hərəkət etmək lazımdır. Hərəkətlərin sayını birdən artırmaq olmaz, bu, yalnız problemi ağırlaşdıra bilər.
Ev şəraitində edilən Keqel hərəkətləri
1. "Saxlama" hərəkəti
Çanaq dibi əzələlərini 5-10 saniyə ərzində sıxaraq saxlayın, sonra isə buraxın. İlk əvvəl bu hərəkəti 10 dəfə olmaqla gün ərzində 4 dəfə edin. Daha sonra bu rəqəmi 50-yə çatdırın.
2. "Sıxma" hərəkəti
Ritmik bir şəkildə çanaq əzələlərini sıxın və 5 saniyə ərzində saxlayın. Gün ərzində 10 dəfə olmaqla 3-5 dəfə həyata keçirin. Bir müddət sonra vaxtı 10 saniyəyə qədər uzadın.
3. "Lift" hərəkəti
Təsəvvür edin ki, liftdə yuxarı və aşağıya doğru hərəkət edirsiniz. Çanaq dibi əzələlərini yuxarı və aşağı istiqamətdə gərginləşdirin. Ən yüksək və ən aşağı həddə çatdıqda isə əzələləri sərbəst buraxın.
4. "Dalğa" hərəkəti
Bu hərəkət zamanı yalnız uşaqlıq yolunun və anusun əzələləri hərəkət edir. Bunun üçün əvvəl uşaqlığın əzələlərini, daha sonra isə anusun əzələlərini növbə ilə sıxıb buraxmaq lazımdır. Bu hərəkətlər 10-20 saniyə ərzində həyata keçirilməlidir.
5. "Gücvermə" hərəkəti
Bu hərəkət hamilə qadınlar üçün çox effektlidir. Əvvəl bağırsağı boşaltmaq lazımdır. Daha sonra isə nəfəsinizi saxlayaraq azacıq güc verin. Bu hərəkəti oturaraq və ya uzanaraq etmək olar.
Bundan əlavə, həkimlər nəfəs hərəkətləri etməyi də məsləhət görürlər.
Bu 5 hərəkəti həyata keçirərək bir neçə müddətdən sonra fantastik nəticə əldə edəcəyinizə əmin ola bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





