Tez yağlanan saçlar üçün təbii vasitələrlə maska
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.
Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda da dilxor olmaq lazım deyil. Düzgün qulluq edilməsi sizin saçlarınızı da sağlam, elastik və gözəl edə bilər.
Milli.Az tez yağlanan saçlar üçün təbii maskaları təqdim edir:
1. Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.
2. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.
3. Əgər xardala qarşı dəri reaksiyanız yoxdursa, saçlarınızı yuyarkən 1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun və yaxalayın.
4. Heyvanın kötüyünü tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldacaq.
5. Xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra yuyun.
Afaq Rza
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)
-
İran ABŞ-nin şərtlərinə cavab verib





