Sağlamlıq

Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

24 May 2017 23:41
2 Şərh     Baxış: 19 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Acı bibərdən qaynaqlanan yanma deyəndə ağıla ilk gələn ağız yanmasıdır. Halbuki bibər yeyəndə tək ağız yanmır. Bibər doğrayarkən əllər də yanır. Hətta elə yanır ki, bir müddət sonra qızarır və şişir. Bəs bu göynəmə hissini necə aradan qaldırmaq olar? Milli.Az ailem.az-a istinadən bunun üsulları ilə sizi tanış edir.

Bibər niyə yandırıcıdır?
 
Bibərə acılığı verən tərkibindəki kapsaisin adlı maddədir. Bibərlərin acılıq dərəcəsi də bu maddənin səviyyəsinə görə müəyyən edilir. Kapsaisin dəriylə təmas etdikdə yanma, göynəmə, istilik duyulması kimi hisslərə səbəb olur. Bu maddə tibdə ağrıkəsici və sağaldıcı məhsul kimi də istifadə edilir.
 
Acı bibərin yandırıcı təsirindən qorunmaq üçün nə etməli?
 
Bibərin acılığını görünüşündən bəlli etmək mümkün olmadığından bibərə toxunmadan əvvəl əlcək geyinmək lazımdır.
 
Acı bibəri doğradıqdan bir müddət sonra barmaq uclarınızda yüngülcə bir yanma hiss etməyə başlayarsınızsa, deməli, kapsaisin yağ kimi dərinizə işləyib. Belə olduqda bunları edə bilərsiniz:
 
- Birinci növbədə yanan əllərinizlə gözlərinizi qətiyyən ovmayın.
 
- İlk görəcəyiniz iş yanmaya səbəb olan kapsaisin maddəsini yox etməkdir. Kapsaisin maddəsi yağda və spirtdə əridiyi üçün su ilə yumaq həll yolu deyildir. Yağ və spirtli məhsul istifadə edin.
 
- Əlinizi bol miqdarda zeytun yağı və ya qarğıdalı yağı ilə ovub bir neçə dəqiqə gözləyin, sonra sabunla yuyun.
 
- Limon suyu əlinizə yapışmış olan kapsaisini neytrallaşdıracaq. Soyuq limonu iki yerə bölün. Barmaqlarınızı limonun içinə soxun. Başqa bir üsul olaraq isə əllərinizi limon suyu və duzla yaxşıca ovalayın.
 
- Əllərinizi soyuq süd və qatığın içində yanma hissi keçənə qədər gözlətsəniz, göynəmə azalacaq. Dondurma da bibər yanğısını aparmaqda effektlidir.
 
- Bu üsullardan sonra Silverrdin, Bepanten kimi yanıq əleyhinə kremləri də istifadə etmək işi yüngülləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.