Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün "Neftçi"nin qonağı olacaq "Qarabağ"ın neçə futbolçusunun "ağ-qaralar"a qarşı oynamayacağı dəqiqləşib.
Milli.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu görüşdə 5 futbolçunun xidmətindən istifadə etməyəcək.
Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəlidirsə, komanda ilə məşq edən qapıçı Şahruddin Məhəmmədəliyev bərpa prosesini tamamlamadığı üçün meydana çıxmayacaq.
Braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt atasının vəfatı səbəbindən 5 günlük icazə alaraq vətəninə yollanıb.
Daxili intizam qaydalarını pozduqları üçün qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilən cinah müdafiəçiləri - Elvin Cəfərquliyevlə Abbas Hüseynov da hələ əsas heyətə qaytarılmayıblar.
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı 19:00-da başlayacaq.
Milli.Az





