Cəmiyyət

Daxili işlər naziri Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirib

26 Aprel 2026 16:24
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, nazir əvvəlcə Göyçay rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qəbələ, Qobustan və Ağsu rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 226 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 230 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.