Dünya

“XChat”messenceri təqdim edildi

26 Aprel 2026 17:30
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın ən varlı adamı olan İlon Mask "XChat" adlı messencerini istifadəyə verib.

Milli.Az xəbər verir ki, tətbiqi hazırda "App Store" üzərindən yükləmək mümkündür, lakin onun android versiyasının təqdim olunub-olunmayacağı isə hələlik məlum deyil.

Tətbiqin təsvirinə əsasən, "XChat" istifadəçilərə bir sıra funksiyalar təqdim edir. Bunlara ucdan-uca şifrələmə, yazışmaların redaktə və silinməsi imkanı, ekran görüntülərinin qadağan edilməsi, qrup çatları və itən mesajlar daxildir. Bundan əlavə, messencerdə reklamların olmadığı xüsusi vurğulanır.

"XChat"dan istifadə etmək üçün "X" sosial şəbəkəsində hesab yaradılmalıdır. Yəni tətbiqi sadəcə yükləmək kifayət etmir, həm də "X" platformasında qeydiyyatdan keçmək tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.